İsveçrə millisinin futbolçusu 22 yaşında karyerasını bitirdi
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveçrə millisinin və "Blau-Vayss" klubunun 22 yaşlı futbolçusu Silvan Uolner 22 yaşında karyerasını bitirib.
Redaktor.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərkəz müdafiəçisi bu barədə özü açıqlama verib.
O, karyerasını bitirməsinin səbəbini özünü dinə həsr etməsi ilə əlaqələndirib. Oyunçu qarşılaşmaların əksəriyyətinin din üçün müqəddəs sayılan şənbə gününə salındığını və bu səbəbdən karyerasını bitirdiyini söyləyib.
Qeyd edək ki, futbolçu sentyabrda "Sürix" klubundan "Blau-Vayss"a transfer olunub və bu komandada 5 oyunda iştirak edib. O, İsveçrənin gənclərdən ibarət millisinin heyətində 3 oyuna çıxıb.
Baxış sayı:89
Bu xəbər 12 Noyabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















