İsveçrə səfirliyi Emin Hüseynovu niyə GİZLƏTMİŞDİ...
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Xatırlayıram ki, Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün İsveçrə höküməti Azərbaycan hökuməti ilə danşıqlara keçmişdi”.
Modern.az-ın məlumatına görə, bunu politoloq Yeganə Hacıyeva sosial mediada yazıb.
"İsveçrənin" Tagesanzeiger" saytının həmin vaxt yazdığı xəbərə görə, Emin Hüseynov Azərbaycanı İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə tərk edib.
Nəşr həm də yazırdı ki, Hüseynovun azad edilməsi İsveçrə hökumətinə bütün diğər kənar xərclərdən başqa, təxminən 200.000 AZN məbləğində vergi borcunun ödənilməsi hesabına başa gəlib.
Yəni İsveçrə hökuməti isveçrəli vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı.
Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmuşdü.
Məsələnin absurdluğu həm də onda idi ki, İsveçrə höküməti Azərbaycan hökümətindən bu faktın gizli qalmasını xahiş etmişdi”, - Yeganə Hacıyeva qeyd edib.
Politoloq İsveçrənin Bakıdakı səfirliyinə suallar da ünvanlayıb:
"İndi İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə, onun vergi borcları isveçrəli vergi ödəyicilərinin hesabına ödənilmişdi?
Emin Hüseynovun karyerasında və sonrakı fəaliyyətində İsveçrə dövlətinin rolu hansıdır?”
Xatırlaadq ki, Emin Hüseynov vaxtilə Azərbaycanda jurnalist, QHT sədri və aktivist kimi fəaliyyət göstərib.
Onun rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanada məsuliyyətdən yayınmışdı. 2014-cü il avqustunda vergidən yayınmaqda ittiham olunan E.Hüseynov rəhbərlik etdiyi RATİ-nin ofisində axtarış aparılarkən qaçıb gizlənmişdi.
O zaman E.Hüseynov sığınacaq üçün Bakıdakı bir neçə səfirliyə müraciət etsə də, imtina cavabı almışdı.
Nəhayət İsveçrə səfiriliyi onun gizlənməsinə şərait yaratmış və Azərbaycandan çıxışına kömək etmişdi.
Həmin vaxt E.Hüseynov həbsdən yayınmaq üşün qadın paltarı geyinməklə İsveçrə səfirliyinə sığınmışdı.
2015-ci ilin iyununda Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra E.Hüseynov İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə gedib.
O, Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılıb.
E.Hüseynov amerikalı qadınla evlidir. Hazırda İsveçrədə yaşayır və Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 16 Fevral 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















