İsveçrə Venesueladakı vəziyyəti həll etmək üçün vasitəçilik etməyə hazırdır
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə nazirlik sosial media səhifəsində Venesueladakı vəziyyətlə bağlı verdiyi açıqlamada bildirib.
"İsveçrə bütün tərəfləri regionda beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yarada biləcək hər hansı bir hərbi əməliyyatdan çəkinməyə çağırır və öz xeyirxah xidmətlərini təklif etməyə hazır olduğunu bir daha təsdiqləyir", - deyə nazirliyin bəyanatında qeyd edilib.
18 dekabrda ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyasından narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən Venesuelada quru hədəflərinə mümkün zərbələr endirmək üçün Konqresdən icazə almağa ehtiyac yoxdur. Daha əvvəl Amerika lideri ABŞ-ın Venesuela da daxil olmaqla, narkotik kartelləri ilə mübarizə aparmaq üçün Latın Amerikasında quru hədəflərinə zərbə endirməyə başlamaq niyyətində olduğunu açıqlayıb.
Vaşinqton Venesuela hökumətinin narkotik qaçaqmalçılığına qarşı mübarizədə kifayət qədər proaktiv olmadığı barədə ittihamlar irəli sürüb. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, nüvə sualtı qayığı və 16 mindən çox hərbçi göndərib. Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə ən azı 20 karkotik daşıdığı etimal edilən gəmini batırıb və bu da, 100-dən çox insanın ölümünə səbəb olub. Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə Venesuelada narkotik kartel hədəflərinə zərbə endirməyə başlaya biləcəyi barədə məlumat yayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 19 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















