İsveçrədə 10 milyon əhali limiti planı böyük şirkətləri narahat edir
Icma.az bildirir, Baku.ws portalına istinadən.
İsveçrədə ölkə əhalisinin 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan plan iri beynəlxalq şirkətlərdə narahatlıq yaradıb.
BAKU.WS xəbər verir ki, iyunun 14-də referendumda səsverməyə çıxarılacaq təşəbbüs illik miqrasiyanın ciddi şəkildə azaldılmasını nəzərdə tutur.
Hazırda əhalisi 9,1 milyonu keçən İsveçrədə təşəbbüsün qəbul ediləcəyi halda, 2050-ci ilə qədər əhali artımının qarşısını almaq üçün miqrasiya ən azı iki dəfə azaldılmalıdır.
"Roche", "Novartis", "Google", "Logitech" və digər böyük şirkətlər bu qərarın xarici mütəxəssislərin cəlb olunmasını çətinləşdirəcəyini bildirirlər.
"Roche" şirkətinin rəhbəri Severin Şvan planı "iqtisadiyyat və cəmiyyət üçün təhlükəli" adlandırıb. O bildirib ki, İsveçrə beynəlxalq istedadlı kadrlara ehtiyacını təkbaşına qarşılaya bilməz.
Məlumata görə, təşəbbüs yalnız sığınacaq axtaran şəxslərə deyil, yüksək maaşlı bank işçiləri, alimlər və mühəndislərə də təsir edə bilər.
Mütəxəssislər hesab edir ki, planın qəbul olunması İsveçrənin Avropa İttifaqı ilə münasibətlərinə və əmək bazarına mənfi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 May 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















