İsveçrədə arvadını boğdu: Türkiyəyə qayıdıb anasını vəhşicəsinə döydü
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şanlıurfada 85 yaşlı anası İslim Yaprakı çubuq və yumruqla döyən İbrahim Yaprak həbs olunub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İsveçrədə arvadını boğaraq öldürdüyünə görə təxminən 15 il həbs cəzası alan Yaprakın azadlığa çıxdıqdan 10 gün sonra Türkiyəyə qayıtdığı və anası ilə yaşamağa başladığı məlum olub.
Hadisə dünən səhər saatlarında Şanlıurfanın Bozova rayonunun Türkmənören məhəlləsində baş verib. İslim Yaprakı oğlu İbrahim Yaprak evlərinin bağçasında çubuq və yumruqla vəhşicəsinə döyüb.
Qan içində olan İslim Yaprakı qonşuları Bozova Dövlət Xəstəxanasına aparılıb. Müalicə alan yaşlı qadının vəziyyətinin ağır olduğu bildirilir.
İsveçrədə həyat yoldaşını boğaraq öldürən və cinayətə görə təxminən 15 il həbs cəzası alan İbrahim Yaprak azadlığa buraxılıb və daha sonra anası ilə yaşamaq üçün 10 gün əvvəl Türkiyəyə köçüb. Yaprak bu dəfə anasını vəhşicəsinə döydüyünə görə həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 10 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















