İsveçrədə SES də partlayış: Ağır yaralananlar var
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsveçrənin Tiçino kantonunun Piotta bölgəsində yerləşən "Ritom" su elektrik stansiyasında (SES) partlayış baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "20 Minuten" nəşri məlumat yayıb.
Hadisə nəticəsində stansiyanın binasının bir hissəsi uçub. İki nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir.
Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil. Kütləvi informasiya vasitələrinin məlumatına görə, ehtimallar arasında istismara verilməzdən əvvəl sınaqlar zamanı transformatorda yaranan problem də var.
Stansiyanın yaxınlığında xüsusi xidmət orqanlarının genişmiqyaslı əməliyyatı davam edir. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və "Rega" xilasetmə helikopteri cəlb olunub. Polis stansiyanın ərazisini mühasirəyə alıb.
Həmçinin hadisənin hazırda fəaliyyət göstərən köhnə, yoxsa yaxınlıqda inşa edilən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni stansiyada baş verdiyi bəlli deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 09 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















