Icma.az
close
up
RU
İsveçrədəki faciədə futbolçular da xəsarət alıb

İsveçrədəki faciədə futbolçular da xəsarət alıb

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanın ən sakit ölkələrindən olan İsveçrədə budəfəki yeni il böyük faciəyə səbəb olub.

"Football-plus.az" xəbər verir ki, yanvarın 1-də dağ xizəkçiliyi kurortu sayılan Kran-Montan şəhərində yerləşən “Le Constellation” adlı barda yeni ilə həsr olunmuş şadyanalıq faciə ilə bitib.
İlkin versiyaya görə ora toplaşan insanların çoxlu sayda benqal şamları yandırması üzündən 1-ci mərtəbənin tavanında güclü yanğın baş verib. Ora qapalı məkan olduğundan insanlar ərazini tərk etməyə çatmayıblar. Nəticədə ən azı 40 nəfər dünyasını dəyişib və 120 nəfər xəsarət alıb. Özü də insanlar o dərəcədə yanaraq kül olublar ki, indiyə qədər də onların bəzilərinin kimliyi müəyyənləşdirilməyib. Yanvarın 9-u İsveçrədə Matəm günü elan olunub.
Xəsarət alanlar arasında “Mets”in gənclərdən ibarət komandasının üzvü Tairis dos Santos da var. Onun böyük qəhrəmanlıq edərək sevdiyi xanımı xilas etdiyi, özünün isə ciddi yanıq xəsarətləri aldığı məlum olub. Bu barədə futbolçunun meneceri Kristof Yutto Fransa mətbuatına açıqlamasında xəbər verib:

“Alov başlayanda Tairis ikinci mərtəbədə idi. Böyük çətinliklə də olsa, yanğından qurtularaq özünü çölə atmağı bacardı. Sonra isə başa düşdü ki, sevgilisi hələ də içəridədi. Bu üzdən onu xilas etmək üçün yenidən ora qayıtdı. Tairis həm zərərçəkmiş, həm də qəhrəmandı”.


“Ekip” nəşrinin yazdığına inansaq, futbolçu və onun sevgilisi ciddi yanıq xəsarətləri alıblar. Tairisin bədəninin 30 faizi yanıb. Bundan başqa, gənc futbolçu güclü kəllə-beyin zədəsi alıb. Onun xanımını Belçikanın Antverpen şəhərindəki xəstəxanalardan birində əməliyyata götürüblər.
Tairis dos Santos isə hazırda Ştutqart şəhərindəki xəstəxanadadı. Bir müddət sonra onu Fransaya aparacaqlar. Menecerinin son məlumatına görə futbolçu hazırda çox ciddi ağrılar içindədi, bədəni bintlə örtülüdü. Amma yeganə sevindirici xəbər odu ki, Tairisin həyatı artıq təhlükədə deyil. “Mets” rəsmi bəyanat yayaraq futbolçuya dəstək verib.
Klubun kapitanı Qotye En isə bunları deyib:

“İndi bütün düşüncələrimiz Tairis və onun ailə üzvləri ilə bağlıdı. Səbirsizliklə onun haqda yeni xəbərləri gözləyirik. Tezliklə sağalacağına ümid edirik”.


Bu arada xəsarət alanlar arasında başqa futbolçuların olduğu da üzə çıxıb. “Lüksemburq Tayms” nəşrinin yazdığına inansaq, “Peskara”nın akademiyasında çıxış edən 17 yaşlı Eliot Telenin sağ əli yanıb. İsveçrənin aşağı liqa təmsilçisi “Lütri”nin şərəfini qoruyan 16-18 yaşlı bəzi futbolçularla isə yanğından bəri hələ də əlaqə saxlamaq mümkün olmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Yanvar 2026 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri