Icma.az
close
up
RU
İsveçrədən Bakı və İrəvana çağırış

İsveçrədən Bakı və İrəvana çağırış

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçrə Azərbaycan və Ermənistanı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi ilə bağlı səyləri davam etdirməyə çağırır.
Bu barədə Demokrat.az-a İsveçrə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Eyni zamanda, XİN-dən 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammitinin iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşdırılması baxımından əhəmiyyəti qeyd edilib.
"İsveçrə Ermənistan və Azərbaycan arasında münasibətlərdə müşahidə edilən sonuncu əhəmiyyətli müsbət hadisələri, o cümlədən 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş birgə bəyannaməni alqışlayır. İsveçrə hər iki tərəfi razılaşdırılmış tədbirləri tam həyata keçirməyə, xalqlarına və bütün regiona fayda verəcək dayanıqlı sülhə nail olmaqla bağlı səyləri davam etdirməyə çağırır", - qurumdan bildirilib.
İsveçrənin 2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi dövründə prioritetlərindən bəhs edərkən bildirilib ki, Bern təhlükəsizlik məsələləri üzrə inklüziv dialoqun təşviqinə və bütün iştirakçı dövlətlərlə sıx əməkdaşlığa kömək etmək istəyir. Eyni zamanda, 57 üzv ölkənin hər biri üçün məqbul olan, konsensusa əsaslanan qərarları irəlilətmək niyyətindədir.
"Bu iş müxtəlif səviyyələrdə aparıla və İsveçrə sədrliyinin prioritetləri ilə müəyyən edilə bilər. Bundan əlavə, bir sıra beynəlxalq konfransların keçirilməsi vacib məsələlərin müzakirəsinə imkan verəcək. İsveçrə ATƏT alətlərinin regiondan asılı olmayaraq sorğu əsasında iştirakçı dövlətlərə təqdim olunmasını təmin etməyə çalışır", - qurumdan bildirilib.
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri İnyatsio Kassisin Cənubi Qafqaz ölkələrinə mümkün səfəri ilə bağlı sualın cavabında bildirib ki, o, ATƏT-ə üzv olan bir sıra dövlətlərə səfər edəcək. Lakin dəqiq vaxt qrafiki açıqlanmayıb.
"Səfər barədə planlar hələ ki rəsmi olaraq elan edilməyib. Buna görə də bu mərhələdə konkret səfərlər və ya gündəliklər barədə əlavə məlumat verilə bilməz", - XİN-dən bəyan edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri