Icma.az
close
up
RU
ISW: Rusiyada bu, əvvəllər heç vaxt baş verməyib...

ISW: Rusiyada bu, əvvəllər heç vaxt baş verməyib...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanacaq çatışmazlığı Rusiyanın 83 bölgəsindən 78-də mövcuddur...

...Rusiyada benzin qiymətlərinin artımı iyun ayında əhəmiyyətli dərəcədə sürətlənib.

ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitiklərinin fikrincə, bu artımın səbəblərindən biri Ukraynanın neft emalı zavodlarına və yanacaq infrastrukturu obyektlərinə etdiyi bir sıra zərbələr olub.

SİA xəbər verir ki, ISW Rusiyanın İnterfaks xəbər agentliyi və Rosstat-ın məlumatlarına istinadən qeyd edir ki, iyun ayında benzinin orta qiyməti 6,88 faiz artıb.

Müqayisə üçün, qiymətlər may ayında 0,85, apreldə 0,61, martda 1,08, fevralda 0,61 və yanvarda 1,35 faiz artıb.

Statistikaya görə, iyun ayında AI-92 benzininin qiyməti 7,3, AI-95 6,7, AI-98 3,1 və dizel yanacağının qiyməti 7,1 faiz artıb.

İllik olaraq, 2025-ci ilin iyun ayından 2026-cı ilin iyun ayına qədər benzinin qiyməti təxminən 20 faiz artıb.

Müqayisə üçün, 2024-cü ilin bütün ili üçün artım 11,13, 2025-ci ilin sonuna isə 10,78 faiz təşkil edib.

ISW hesab edir ki, yanacaq qiymətlərinin kəskin artması Ukraynanın Rusiya neft emalı zavodlarına, eləcə də Ukraynanın işğal olunmuş əraziləri də daxil olmaqla yanacaq tədarük edən saxlama və logistika obyektlərinə hücumları ilə əlaqədardır.

Analitiklərin fikrincə, vəziyyət tələbatın ənənəvi mövsümi artması ilə daha da ağırlaşıb. İnstitut hesab edir ki, benzin çatışmazlığı artıq Rusiyanın 83 bölgəsindən ən azı 78-də, eləcə də Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində hiss olunur.

ISW ekspertləri hesab edirlər ki, yanacaq infrastrukturu obyektlərinə davamlı hücumlar vəziyyəti daha da çətinləşdirə bilər.

Onlar hesab edirlər ki, Rusiyanın mövcud hava hücumlarından müdafiə sistemi hələlik bu cür hücumların qarşısını tam ala bilmir ki, bu da yanacaq qiymətlərinin daha da artmasına və arxa cəbhədə və döyüş zonalarında Rusiya qoşunlarının təchizatında əlavə çətinliklər yarada bilər.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyul 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri