İt 67 nəfəri ölümdən qurtardı
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Az qala faciə ilə nəticələnəcək maraqlı hadisə bir neçə gün əvvəl Hindistanda yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, it hürməklə ölkənin şimalında yerləşən Himala-Pradeş ştatının Mandi bölgəsindəki kəndlərdən birinin 67 sakinini ölümdən qurtarıb.
Məsələ burasındadır ki, ştatda bir neçə gün ardıcıl yağan leysanlar ciddi fəsadlara səbəb olub. Torpaq sürüşməsini hiss edən it hürməyə başlayıb və sahibini oyadıb. Narendra adlı kişi evlərdə çat olduğunun fərqinə varan kimi insanları xəbərdar edib və sakinlər kənddən təhlükəsiz yerə çıxıblar. Səhərə yaxın isə torpaq sürüşməsi kəndi yerlə yeksan edib. 17 evdən cəmi 5-i zədələnsə də, dağılmayıb.
Qeyd edək ki, ümumilikdə leysan yağışlar ştat ərazisində 23 daşqına və 16 torpaq sürüşməsinə səbəb olub.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 İyul 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















