Icma.az
close
up
RU
İt dişləməsi zamanı İLK YARDIM

İt dişləməsi zamanı İLK YARDIM

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsanların istənilən istiqanlı heyvanlar (it, pişik, siçovul, tülkü, canavar və s.) tərəfindən dişlənməsi zamanı əsas təhlükə onların quduzluq virusu ilə yoluxmasıdır!

Saglamolun.az bildirir ki, quduzluq – istənilən məməli heyvanların ağız şirəsi ilə insana keçən təhlükəli infeksion xəstəlikdir. Əgər insanı quduz heyvan dişləyərsə, xüsusi müalicə sxemi tətbiq edilmədiyi halda onu 100% hallarda ölüm gözləyir!! Bu hal uşaqda baş verdikdə onun həlak olması daha qısa müddət ərzində baş verir!

Buna görə də hər hansı heyvan dişləməsi zamanı ən əsas vəzifə dərhal “təcili yardım” çağırmaq və zərərçəkmiş insanı travmatoloji məntəqəyə çatdırmaqdır! Tibb işçiləri tərəfindən müayinəyə qədər isə zərərçəkənə mütləq ilk tibbi yardım göstərmək lazımdır.

Dişləyən heyvanın “ev heyvanı” olduğunu, “itin quduza oxşamadığını”, “yaranın kiçik olduğunu” düşünərək özünüzü sakitləşdirmək və həkimə getməyi ləngitmək olmaz! Belə ki, quduzluğa yoluxmuş heyvanlar adi görunə bilər, vaxtlı-vaxtında quduzluğa qarşı vaksinasiya edilməyən ev heyvanları isə çöl heyvanları tərəfindən asanlıqla quduzluğa yoluxa bilərlər. Yaranın kiçik olmasının da heç bir əhəmiyyəti yoxdur – quduz heyvanın çox kiçik ağız suyu damcısı da insanın xəstəliyə yoluxmasına kifayət edir.

Travmatoloji məntəqədə həkim tərəfindən lazım olan müayinələr aparıldıqdan sonra zərərçəkənin quduzluq virusu ilə yoluxma ehtimalı müəyyən edilir. Belə hallarda vaxtında göstərilən tibbi yardım insanın həyatını xilas etməyə imkan verir! Əvvəllər quduzluğun müalicəsi, 40 gün ərzində qarın nahiyəsinə ağrılı iynə vurulması şəklində aparılırdı. Hal-hazırda isə bu, qol nahiyəsinə vurulan 5-6 inyeksiya şəklində aparılır.

Beləliklə, əgər yaxınlarınızdan kimisə it dişləyərsə, tez bir zamanda “təcili yardım” çağırın, onlar gələnədək isə özünüz dişlənmə sahəsindəki yaranı diqqətlə nəzərdən keçirin. Əgər bu zaman yara sahəsindən zərərçəkənin həyatı üçün təhlükəli olan qanaxma olarsa, təcili olaraq güclü qanaxmalar zamanı olan ilk tibbi yardımı göstərin (bax, “Qanaxma zamanı ilk tibbi yardım”).

Əgər qanaxma güclü və insanın həyatı üçün təhlükəli olmazsa, onu dayandırmaq lazım deyil. Bu halda heyvanın ağız suyunun yaradan çıxan qan axını ilə yuyulması daha yaxşıdır. Dişlənən yeri axar suyun altına tutub bir neçə dəqiqə sabunla (məişət-paltar sabunu ilə yumaq daha yaxşıdır) yaxşı-yaxşı yuyun. Daha sonra yaranı steril salfet ilə qurulamaq, yara ətrafındakı zədələnməyən sahəyə isə yod və ya brilyant yaşılı (“zelyonka) sürtmək lazımdır. Bəzi mütəxəssislər yaranın özünü hidrogen peroksid məhlulu ilə də təmizləməyi məsləhət görürlər.

Yara təmizləndikdən sonra onun üzərinə tənzif və ya pambıq tampon qoyaraq yara səthinə güclü təzyiq etmədən sarğı qoymaq və ya plastr ilə bərkitmək lazımdır. İnsanın vəziyyəti ağır deyilsə, ilk tibbi yardım göstərdikdən sonra zərərçəkəni müstəqil şəkildə yaxınlıqdakı tibb müəssisəsinə çatdıra bilərsiniz. Bunu təcili şəkildə etmək lazımdır!

Əksər hallarda itlərin hücumuna uşaqlar məruz qalırlar. Əlbəttə ki, hər vasitə ilə it və digər heyvanların hücumuna məruz qalmağın qarşısını almaq, sonradan uşağı müalicə etməkdən daha yaxşıdır. Ona görə də uşağınıza həyətdəki it və pişiklərlə, hətta yad adamların ev itləri ilə də oynamağa, onlara yaxın gəlməyə, onları hirsləndirməyə və s. hərəkətlərə icazə verməyin. Ancaq elə vəziyyət yarana bilər ki, it uşağa qəflətən də hücum edə bilər.

Ona görə də, itlərin hucumu zamanı özlərini necə qoruya biləcəklərini əvvəlcədən uşağınıza öyrədin:

- it hücüm etməyə hazırlaşarsa, dərhal cəld şəkildə mağazaya, binanın giriş qapısına girmək, ağaca, hasara dırmaşmaq və s. lazımdır;

- heç bir zaman arxanı itə çevirmə, ondan qaçmağa çalışma – o istənilən halda səndən tez qaçır! İtdən gizlənmək istədiyin yerə üzün itə tərəf olmaqla sakit addımlarla get;

- əgər gizlənməyə yer olmazsa, bu halda kürəyini istənilən vertikal səthə (divar, avtobus dayanacağı, yaxınlıqda dayanan avtomobil və s.) dirəyib əlinə iti qorxuda biləcək hər hansı bir əşya (taxta, karton parçası, daş və s.) götürmək lazımdır. Bu məqsədlə çantadan, çətirdən və s. əşyalardan da istifadə etmək olar. Yaxınlıqda heç nə olmasa, əynindəki üst paltarı çıxararaq onu əlinə burub sərbəst ucu ilə itin hücumunu dəf etmək olar. Bu zaman bərkdən qışqıraraq köməyə çağırmaq lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:622
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri