Icma.az
close
up
RU
“Italiana Petroli” şirkətinin səhmləri ölkəmizə məxsusdur

“Italiana Petroli” şirkətinin səhmləri ölkəmizə məxsusdur

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Neft Şirkəti “Italiana Petroli” (IP) şirkətinin səhm paketinin 99,82 faizinin “API Holding”dən satın alınması prosedurunu yekunlaşdırıb. Müqavilə bütün lazımi tənzimləyici icazələr əldə edildikdən sonra başa çatdırılıb.

Bu kontekstdə İtaliya SOCAR-ın Avropa qitəsindəki əsas bazarlarından biri olaraq xüsusi önəm kəsb edir. Belə ki, SOCAR Bakı–Tbilisi–Ceyhan boru xətti vasitəsilə İtaliyaya xam neftin aparıcı təchizatçılarından biri qismində çıxış edir, bununla yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə həmin ölkəyə təbii qaz ixracının diversifikasiyasına öz töhfəsini verir. Bu prizimadan, sövdələşmə dəyişən bazar mühiti və dayanıqlılıq hədəflərinə müvafiq olaraq SOCAR-ın inteqrasiya olunmuş və davamlı beynəlxalq əməliyyatlarının daha da genişləndirilməsi strategiyasına xidmət göstərir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd edib: “Satınalma prosesinin başa çatması Azərbaycan ilə İtaliya arasında enerji sahəsində uzun illər boyu formalaşmış tərəfdaşlığın əlamətdar mərhələsidir. Bu, qarşılıqlı inam və davamlı iqtisadi kooperasiyaya söykənən strateji partnyorluğun məntiqi davamıdır. Bu çərçivədə

SOCAR-ın İtaliya istiqamətindəki yanaşması dayanıqlılıq, əməliyyat sabitliyi və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır. IP-nin geniş infrastrukturunu və təcrübəsini öz fəaliyyətimizə inteqrasiya edərək şirkətin müvəffəqiyyətini şərtləndirən üstünlükləri qoruyur və Avropa bazarındakı pozisiyamızı daha da möhkəmləndiririk. Bu inteqrasiya yolu ilə beynəlxalq portfelimiz üzrə dayanıqlı inkişafı, sənaye etibarlılığını və uzunmüddətli dəyər yaradılmasını stimullaşdırırıq”.

SOCAR IP-nin bazardakı güclü mövqeyinin, brend reputasiyasının və əməliyyat potensialının qorunmasına və daha da inkişaf etdirilməsi prinsipinə sadiq qalır. Eyni zamanda, şirkət əməkdaşların peşəkarlığının və təcrübəsinin dəstəklənməsini, müştərilər və tərəfdaşlar üçün fasiləsiz fəaliyyətin təmin edilməsini prioritet istiqamət olaraq təyin edib.

Qeyd edək ki, 90 ildən çox fəaliyyət tarixinə sahib olan “IP Qrup” İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində əhəmiyyətli yer tutur. Şirkət iki neft emalı müəssisəsi, anbar təsərrüfatları və ölkə miqyasında geniş pərakəndə satış şəbəkəsini əhatə edən inteqrasiya olunmuş sənaye logistika infrastrukturu əsasında iş aparır.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri