Icma.az
close
up
RU
İtaliya 2024 cü ildə Azərbaycanda verilən vizaların sayını iki dəfə artırıb Səfir

İtaliya 2024 cü ildə Azərbaycanda verilən vizaların sayını iki dəfə artırıb Səfir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ildə İtaliyanın Azərbaycanda verdiyi vizaların sayı 2023-cü illə müqayisədə iki dəfə artaraq 13,5 minə çatıb.

525.az-ın məlumatına görə, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko "Agenzia Nova" nəşrinə müsahibəsində bildirib.

Verilən vizaların sayının artmasını şərh edən səfir qeyd edib ki, 2025-ci il mayın 13-dən Bakı və Milan arasında gündəlik aviareyslər həyata keçiriləcək.

"Mən bir il əvvəl İtaliyanın Bakıdakı səfiri vəzifəsinə başladım və bu müddət ərzində Azərbaycanda İtaliyaya marağın turizm də daxil olmaqla bir çox sahədə artdığını müşahidə edirəm - 2024-cü ildə biz təxminən 13 500 viza vermişik ki, bu da 2023-cü illə müqayisədə iki dəfədən çoxdur. Bundan əlavə, İtaliyaya belə maraq son ildə, ilk növbədə, siyasi səviyyədə görüşlərin və səfərlərin daha da intensivləşməsi sayəsində mümkün olub.

Məsələn, İtaliyanın Nazirlər Şurasının sədri Giorgia Meloni COP29 dövlət və hökumət başçılarının Sammitində iştirak etmək üçün Bakıya səfər edib ki, bu da Azərbaycan hakimiyyəti tərəfindən xüsusilə yüksək qiymətləndirilib. Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani sentyabrda Nyu-Yorkda BMT-nin illik Baş Assambleyası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb və orada Cənubi Qafqazda vəziyyətin sabitləşməsi maraqları naminə İtaliyanın Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini təsdiqləyib", - deyə diplomat bildirib.

Səfir Di Canfrançesko həmçinin vurğulayıb ki, Bakı və Roma ən yüksək səviyyədə aktiv şəkildə qarşılıqlı əlaqə saxlayırlar.

"Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə Çernobbio Forumunda iştirak etmək üçün İtaliyaya səfər edib, İtaliya Prezidenti Sercio Mattarella ilə görüş keçirib. Bu, altı il ərzində prezidentlər arasında dördüncü görüş idi ki, bu da ən yüksək səviyyədə münasibətlərin intensivliyini təsdiqləyir", - deyə o bildirib ("Report").

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri