İtaliya Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 31 iyul, AZƏRTAC
İtaliyanın Roma şəhərində Qlobal menecment və siyasət üzrə ikili diplom magistr proqramının ilk buraxılışı qeyd olunub.
Magistr proqramı İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Luiss Universiteti və ADA Universiteti tərəfindən birgə tədris olunur. Məzunlar iki il ərzində Bakıda və Romada təhsil alaraq hər iki universitetin diplomunu əldə edirlər.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.
“Məzun günü” ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində təşkil olunub. Səfər zamanı ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Luiss Universiteti ilə əməkdaşlığın gedişatı müzakirə edilib. Bundan əlavə, Qlobal menecment və siyasət üzrə ikili diplom magistr proqramının növbəti dövrdə davam etdirilməsi üçün yeni saziş imzalanıb.
Səfər Luiss Universitetinin Viale Romania kampusunda, universitetin beynəlmiləlləşmə üzrə prorektoru Antonio Mayokkinin ev sahibliyi ilə keçirilən ziyafətlə yekunlaşıb. Tədbirdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Rəşad Aslanov və Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov da iştirak ediblər.
Hazırda ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində səkkiz bakalavr və iki magistr ixtisası tədris olunur. Bu ixtisaslardan üçü ikili diplom proqramıdır. Həmin proqramlar İtaliyanın beş aparıcı universiteti ilə əməkdaşlıq sazişləri əsasında həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 31 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















