İtaliya çempionu İspaniya millisinin üzvü ilə razılığa gəldi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Napoli" yeni transfer reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, İtaliya çempionu "Sevilya"nın müdafiəçisi Xuanlu Sançesi heyətinə cəlb etməyə hazırlaşır.
Məlumatı "Calciomercato" yayıb. Mənbənin məlumatına görə, Neapol klubu La Liqa təmsilçisinə bonuslar da daxil olmaqla, təxminən 18-20 milyon avro ödəyəcək. 21 yaşlı futbolçu kapitan Covanni Di Lorenzonun əvəzedicisi kimi heyətə cəlb olunur.
"Sevilya" ilə danışıqlar son bir neçə həftədir davam edir. Xuanlunun gələn həftə - iyunun 30-da tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya getməsi gözlənilir.
Xuanlu bu yaxınlarda Slovakiyada keçirilən Avropa çempionatında İspaniyanın 21 yaşadək futbolçulardan ibarət komandasının heyətində çıxış edib. İspaniya İtaliyanı qabaqlasa da, 1/4 finalda İngiltərəyə uduzub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 İyun 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















