İtaliya çempionu mozambikli futbolçu transfer edəcək
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mozambik millisinin və “Sportinq”in yarımmüdafiəçisi Ceni Katamo “Napoli”nin transfer siyahısındadır.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, İtaliya çempionu 25 yaşlı vinger üçün indidən danışıqlara start verib. Neapol klubunun bu transferdə işi asan olmayacaq. Belə ki, Katamo “Lion” və Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədir.
“Sportinq” Katamonun transferindən 30 milyon avro gəlir əldə etmək istəyir. O, bu mövsüm klubun bütün yarışlarında 27 oyunda meydana çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Katamonun “Sportinq”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Amora”, “Vitoriya Gimarayeş”, “Maritimo” klublarında da oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Fevral 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















