Icma.az
close
up
RU
İtaliya əhalisi qorxu içində: Mafiya qruplaşmaları arasında müharibə başlayır?

İtaliya əhalisi qorxu içində: Mafiya qruplaşmaları arasında müharibə başlayır?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İtaliyada itkin düşən və axtarışda olan mafiya liderinin oğlu Antonio Strangionun yandırılmış qalıqları öz avtomobilində tapılıb.

Bu barədə Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir.

İtaliya polisi avtomobildə yanmış sümüklər, boyunbağı və dişlər aşkar edib, qalıqların kimə aid olduğunu müəyyən etmək üçün araşdırmalara başlayıb.

Lakin "Barbarlar" adlandırılan "Ndrangeta" qruplaşmasına rəhbərlik edən ailə bunun oğulları Antonionun qalıqları olduğunu iddia edərək, onun öldüyü barədə bəyanat yayıb.

"Strangio və Skalia ailələri olaraq hər kəsə təşəkkür edirik. Lakin başsağlığı üçün ziyarətçiləri qəbul etməyəcəyimizi bildiririk", - deyə ailə dərc edilən elanda bildirib.

Məlumata görə, bu hadisədən sonra dünyanın ən güclü mütəşəkkil cinayətkar dəstələrindən biri kimi tanınan "Ndrangeta" qruplaşmasının İtaliyada yenidən müharibəyə başlama ehtimalı yerli əhalini qorxuya salıb.

Son on ildir polisin mühafizəsi altında yaşayan italyan jurnalist Mişel Albanese xəbərdarlıq edib ki, Strangionun sui-qəsdə qurban getdiyi təsdiqlənərsə, İtaliya yenidən "cəhənnəmə" dönəcək.

"Bu ailələr "Ndrangeta" qruplaşmasının başında dururlar. Bu səbəbdən də əhali arasında narahatlıq yaranıb. Hələ ki ölümün arxasındakı sirr pərdəsi aralanmayıb, amma ən azından, cəmiyyət yenidən qorxuya sürüklənib", - deyə Albanese qeyd edib.

Jurnalist, həmçinin, İtaliyanın bəzi yerlərində qan düşmənçiliyinin hələ də davam etdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri