İtaliya həmkarlar ittifaqları oktyabrın 3 də ümumi tətil keçirəcək
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyada həmkarlar ittifaqları İsrailin Qlobal Sumud Donanmasına hücumuna etiraz olaraq, oktyabrın 3-də ümumi tətil keçirməyə qərar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qlobal Sumud Flotillasına hücumu və gəmidəki fəalları saxlaması İtaliyada reaksiyalara səbəb olub.
Ölkənin ən böyük həmkarlar ittifaqı olan Ümumi İtaliya Əmək Konfederasiyası (CGIL) tərəfindən verilən açıqlamada Qlobal Sumud Donanması, Qəzza və konstitusiya dəyərlərini müdafiə etmək üçün oktyabrın 3-də bir günlük ümumi tətil keçiriləcəyi bildirilib.
Qeyd edək ki, metal işçiləri həmkarlar ittifaqı FIOM və USB həmkarlar ittifaqı da CGIL-in ümumi tətil qərarını dəstəklədiklərini açıqlayıb.
Məhəmməd Tağıyev
Baxış sayı:84
Bu xəbər 02 Oktyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















