İtaliya ilə Azərbaycan arasında işgüzar forumların təşkili nəzərdən keçirilib
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da ADA Universiteti və İtaliyanın Luiss Universitetinin nümayəndələri ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında “Made in Azerbaijan” brendinin inkişafı və təhsil sahəsində strateji tərəfdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentliyin əsas fəaliyyət istiqamətləri, reallaşdırdığı təşəbbüslər, eləcə də “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bununla yanaşı, ölkədə investorlar üçün yaradılmış əlverişli biznes mühiti və bu sahədə aparılan islahatlar diqqətə çatdırılıb.
Luiss Universitetinin nümayəndələri ali təhsil müəssisəsinin İtaliyanın biznes sektoruna bağlılığı, ixrac və investisiya sahəsindəki təcrübələri barədə danışıblar. Görüşdə Luiss Universiteti ilə AZPROMO arasında potensial tərəfdaşlıq sahələrindən də bəhs edilib. Bu müstəvidə agentlik tərəfindən həyata keçirilən "İxrac Akademiyası" layihəsinin inkişaf etdirilməsi, azərbaycanlı sahibkarlar üçün xüsusi təlim proqramlarının hazırlanması və İtaliya ilə Azərbaycan arasında işgüzar forumların təşkili məsələləri nəzərdən keçirilib.
Görüşün sonunda tərəflər biznes və akademik sahədə əlaqələrin daha da genişləndirilməsi üçün praktiki addımlar atmağa razılaşıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 13 Fevral 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















