İtaliya İran vətəndaşını azad edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran İtaliyada həbsdə olan vətəndaşının ölkəyə qaytarıldığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Sözçü İtaliyada həbsdə olan İran vətəndaşı Məhəmməd Abedini Nəcəfabadinin azad edilərək ölkəyə qayıtdığını açıqlayıb.
Qeyd edək ki, 38 yaşlı Məhəmməd Abedini Nəcəfabadini ABŞ-nin tələbi ilə keçən ay Milanda həbs edilib.
Məhəmməd Abedini Nəcəfabadi dron texnologiyasını İrana ötürməkdə ittiham olunurdu. Vaşinqton bildirib ki, texnologiya fevral ayında İordaniya-Suriya sərhədi yaxınlığında üç ABŞ əsgərinin ölümünə səbəb olan hücumda istifadə edilib. İran sözügedən ittihamı rədd edib.
Xatırladaq ki, İran yanvarın 8-də italiyalı jurnalist Sesiliya Salanı azad edərək İtaliyaya qaytarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 12 Yanvar 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















