İtaliya İsrail ilə bu anlaşmanı dayandırdı Meloni özü açıqladı
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliya İsrail ilə müdafiə müqavilələrinin avtomatik yenilənməsini dayandırıb.
Bu barədə Veronada keçirilən Vinitali sərgisində çıxış edən Baş nazir Ciorcia Meloni məlumat verib.
O, İsrailin hazırkı aqressiv mövqeyini əsas gətirərək, İsrail ilə müdafiə müqavilələrinin avtomatik yenilənməsini dayandırdıqlarını açıqlayıb.
2016-cı ildə qüvvəyə minən və hər 5 ildən bir avtomatik olaraq yenilənən müqavilə, Romanın bu addımı ilə faktiki olaraq dondurulub.
Meloninin açıqlamasının ikinci hədəfi ABŞ Prezidenti Donald Tramp olub. Trampın Papa XIV Leo ilə bağlı dediklərinə cavab olaraq İtaliya Baş naziri bildirib: "Xüsusilə Papa ilə bağlı ifadələr qəbuledilməz idi. Mən Papa XIV Leo ilə həmrəyliyimi ifadə etdim və ifadə etməyə davam edirəm".
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 14 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















