İtaliya İsrail oyununa minaaxtaranlar, pilotsuz təyyarələr cəlb ediləcək
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Udine şəhərində (İtaliya) futbol üzrə 2026-cı ilin Dünya Çempionatının seçmə mərhələsində İtaliya və İsrail milli komandaları arasında sabah keçiriləcək qarşılaşmada xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə yerli “TheSocialPost.it” portalı məlumat yayıb.
Bildirilir ki, təhlükəsizliyə kinoloji mərkəzin xidməti axtarış itləri, minaxtaranlar və pilotsuz təyyarələr cəlb ediləcək. Artıq stadionun girişinə metal detektorlar və beton baryerlər quraşdırılıb.
Bundan əlavə, oyun günü stadion ətrafında və şəhər mərkəzində şüşə və ya keramika qabda, həmçinin konserv bankalarında içki və qida satışı və istifadəsi qadağan ediləcək.
Məlumat üçün əlavə edək ki, İtaliya-İsrail oyunu sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 13 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















