İtaliya klubu özbək futbolçunu satmaq istəyir
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Roma"nın hücumçusu Eldor Şomurodov İtaliya klubunu tərk edə bilər. Sport24.az "Sky Sport"a istinadən xəbər verir ki, romalılar özbək futbolçuya artıq güvənmir və onu satmaq istəyirlər.
Mənbənin sözlərinə görə, "Roma" Şomurodovun satışından 7-8 milyon avro qazanacağını gözləyir. 29 yaşlı forvardın klubla müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.
Bundan əvvəl Şomurodovun adı açıqlanmayan MLS klubundan təklif aldığı və karyerasını ABŞ-da davam etdirə biləcəyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Şomurodov ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

İtaliya klubu “Fənərbağça”lı futbolçunu istəyir İdmanXəbər
21 Yanvar 2025 12:55
İstanbul nəhəngi özbək futbolçunu qaralayıb
28 Mart 2025 21:46
Barselona klubu Mançester Siti də çıxış edən özbək futbolçunu transfer etmək istəyir
02 May 2025 11:22
Siti özbək futbolçunu hədəfə aldı FOTO
03 Yanvar 2025 13:02
İtaliya klubu Cengiz Ünderi istəyir
16 Yanvar 2025 16:52

