İtaliya klubuna sanksiya verildi
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya Futbol Federasiyası “Breşia”nın peşəkar statusunu ləğv edib və komandanı ölkənin peşəkar liqalarından kənarlaşdırıb.
Qurumun mətbuat xidmətinin məlumatına görə, klub bu qərarla növbəti mövsümdə İtaliyanın C seriyasında belə iştirak etməyəcək. Əsası 1911-ci ildə qoyulan “Breşia” son mövsümün sonunda B seriyasını tərk etmişdi. Komandanın oyunçularına və heyət üzvlərinə maaş ödənilmədiyi, ümumi borcun isə 3 milyon avro olduğu bildirilir.
Klubun sahibi Massimo Çellino azarkeşlərlə yaşadığı münaqişələrdən sonra bu məbləği ödəməkdən imtina edib.
Qeyd edək ki, vaxtilə bu klubun formasını Andrea Pirlo, Roberto Bacco, Xosep Qvardiola və Mario Balotelli kimi ulduz futbolçular geyib.
Baxış sayı:130
Bu xəbər 08 İyul 2025 05:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















