İtaliya kuboku: “Latsio” “Atalanta”nı penaltilər seriyasında məğlub edərək finala yüksəlib
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İtaliya kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşmasında “Atalanta” klubu “Latsio”nu qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb (1:1, penaltilərlə - 1:2).
İdman.Biz xəbər verir ki, matçda hesabı 84-cü dəqiqədə Roma təmsilçisinin müdafiəçisi Alessio Romanyoli açıb. Cəmi iki dəqiqə sonra yarımmüdafiəçi Mario Paşaliç tarazlığı bərpa edib. Qalib penaltilər seriyasında müəyyənləşib ki, burada da “Latsio”nun futbolçuları daha dəqiq olublar. Romalıların qapıçısı Edoardo Motta seriya zamanı dörd zərbəni dəf edərək komandasını finala daşıyıb.
Turnirin finalında “Latsio” Milanın “İnter” klubu ilə qarşılaşacaq. Həlledici görüş mayın 13-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:“İnter” “Atalanta”nı məğlub edərək, İtaliya Superkubokunun finalına yüksəlib
03 Yanvar 2025 02:09
“İnter” “Atalanta”nı məğlub edərək, liderliyə yüksəlib
17 Mart 2025 01:51
İtaliya A Seriyası: Latsio Atalanta ilə bacarmadı
29 Dekabr 2024 02:06
İtaliya A Seriyası: Yuventus Atalanta nı məğlub etdi Video
20 Sentyabr 2026 22:19
İtaliya Kuboku: “Atalanta” yarımfinalda
06 Fevral 2026 02:04
Baxış sayı:190
Bu xəbər 23 Aprel 2026 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















