Icma.az
close
up
RU
İtaliya mediası COP29u işıqlandırmaqda davam edir AZƏRTAC

İtaliya mediası COP29u işıqlandırmaqda davam edir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Roma, 21 noyabr, AZƏRTAC

İtaliya mətbuatı Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) geniş işıqlandırmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, “Rai”, “Adnkronos”, “il Messaggero”, ANSA, “La Stampa”, AGI, “Domani”, “Aska News”, “il Fatto Quotidiano”, “il Denaro”, “Corila”, “Qui Finanza” və digər nəşrlərdə yayımlanan materiallarda COP29-un iqlim maliyyəsi üzrə yekun sənədinin əhəmiyyətindən bəhs olunur. Bildirilir ki, sənəd həm inkişaf etməkdə olan, həm də digər ölkələrin mövqeyini əks etdirir, həmçinin iqlim maliyyələşdirilməsinə trilyonlarla dollardan bəhs edilir.

Vurğulanır ki, COP29 çərçivəsində 25 ölkə kömürlə işləyən elektrik stansiyalarında istehsalı dayandırmağı öhdəsinə götürüb. Eyni zamanda, Avropanın COP29-da zəif iştirak etməklə iqlim üzrə liderlik fürsətini əldən verdiyi bildirilir.

Yazılarda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratinin COP29 çərçivəsində plenar sessiyalarda çıxış etdiyi, müzakirələr apardığı qeyd olunur. Bildirilir ki, nazir COP29-dakı İtaliya pavilyonunda konkret qlobal uyğunlaşma fəaliyyətlərini, investisiyaları və əməkdaşlığı stimullaşdırmaq üçün ölkəsinin G7-yə sədrliyi çərçivəsində irəli sürülən təşəbbüs - G7 Adaptasiya Sürətləndirici Mərkəzinin açılışını edib. Bundan başqa, COP29-da Venesiyanın iqlim dəyişikliyinə uyğunlaşma və şəhər davamlılığının nümayiş etdirildiyi də qeyd olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri