İtaliya millisində vəziyyəti dəyişə bilmədim Spalletti istefasından danışdı
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Luçano Spaletti İtaliya millisinin baş məşqçi postundan getməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" italiyalı məşqçinin dediklərini belə çatdırıb:
"Kim gəlirsə, istədiyini edəcək. Görək kimi seçəcəklər. Bu gün tamaşaçıların səsi eşidilsə də, təbii ki, biz o qədər də həvəs yaratmırıq. Futbolçular və məşqçi vəziyyəti dəyişə bilməlidir. Təəssüf ki, mən bunu edə bilmədim".
DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə qarşılaşma (2:0) Spalettinin İtaliya millisinin baş məşqçisi kimi sonuncu oyunu olub. 66 yaşlı mütəxəssis 2023-cü ildən milliyə rəhbərlik edirdi.
Mirağa

