İtaliya nəhəngi Fiorentina nın qapıçısına göz dikdi
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Fiorentina"nın qapıçısı David De Xea İtaliyada klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Yuventus" onu heyətinə cəlb etməyə çalışır. Turin klubunun rəhbərliyi komandanın hazırkı əsas qapıçısı Mişel Di Qreqorionun oyunundan narazıdır və növbəti mövsüm üçün yeni, daha təcrübəli qapıçı axtarışındadır. "Yuventus" hətta "Fiorentina"ya qapıçı mübadiləsi təklif etmək variantını da nəzərdən keçirir.
De Xeanın keçmiş klubu "Mançester Yunayted"in də onunla maraqlandığı bildirilir. Bununla belə, "Fiorentina" 34 yaşlı qolkiperi növbəti mövsüm üçün heyətində saxlamaq niyyətindədir.
İspan qolkiper Florensiyaya keçən il azad agent kimi yollanıb. Bu mövsüm o, bütün turnirlərdə 33 matçda iştirak edib, 35 qol buraxıb və 11 oyunda qapısnı toxunulmaz saxlayıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Aprel 2025 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















