İtaliya növbəti üç ildə 500 minədək əcnəbi işçi qəbul edəcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Roma, 1 iyul, AZƏRTAC
İtaliya Nazirlər Şurası 2026-2028-ci illəri əhatə edən dövrdə ölkəyə ilkin olaraq 500 minədək əcnəbi işçinin qəbul edilməsi ilə bağlı fərmanı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, fərman qeyd olunan dövrdə Avropa İttifaqı üzvü olmayan ölkələrdən işçilərin İtaliyaya müntəzəm daxil olmasını nəzərdə tutur.
Nazirlər Şurası fərmanın məqsədinin milli iqtisadi və istehsal sistemi, eləcə də biznesin ehtiyacları üçün vacib olan işçi qüvvəsinin İtaliyaya daxil olmasına icazə vermək olduğunu bildirib.
Fərmana əsasən, 2026-cı ildə 164 min 850 nəfər, ümumilikdə 2026-2028-ci illər üzrə isə 497 min 550 nəfər İtaliyaya qəbul olunacaq. Qeyri-mövsümi və fərdi sahibkarlıq subyektləri üzrə 230 min 550 işçi, kənd təsərrüfatı və turizm sektorlarında mövsümi işlər isə 267 min nəfərin qəbul olunması nəzərdə tutulub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 İyul 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















