İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb, 20 nəfər itkin düşüb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Roma, 1 yanvar, AZƏRTAC
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantların olduğu kiçik qayıq batıb.
AZƏRTAC xəbər verir ki, biri azyaşlı olmaqla 7 nəfər İtaliya maliyyə polisinin patrul gəmisi tərəfindən xilas edilib. Beşi qadın və üçü azyaşlı olmaqla ümumilikdə 20 miqrantın itkin düşdüyü bildirilir. İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri qayığın batdığı ərazidə axtarışlar aparır.
Liviyanın Zuvara şəhərindən yola çıxan qayıqda əsasən Suriya, Sudan və Misir vətəndaşları olub. Xilas edilən mühacirlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri vasitəsilə adadakı miqrant düşərgəsinə gətirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:İtaliya sahillərində miqrantların olduğu qayıq batıb
19 Mart 2025 20:54
Miqrantları daşıyan qayıq batdı: 69 nəfər itkin düşüb
27 Dekabr 2024 17:27
Liviyanın Xums şəhəri sahillərində miqrantları daşıyan iki qayıq batıb
17 Noyabr 2025 01:08
Yunanıstanda miqrantları daşıyan qayıq batıb
03 Aprel 2025 17:55
Baxış sayı:72
Bu xəbər 01 Yanvar 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















