Icma.az
close
up
RU
İtaliya xilasediciləri 91 qanunsuz miqrantı ölümdən qurtarıblar

İtaliya xilasediciləri 91 qanunsuz miqrantı ölümdən qurtarıblar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 oktyabr, AZƏRTAC

İtaliyanın Sahil Mühafizə Xidməti Aralıq dənizindəki Lampeduza adasının sahillərində qəzalı vəziyyətdə olan qayıqdan 91 qeyri-qanuni miqrantı xilas edib və daha ikisinin cəsədini çıxarıb.

AZƏRTAC İtaliya mediasına istinadla xəbər verir ki, Sahil Mühafizə Xidmətinin verdiyi açıqlamada xilasetmə əməliyyatının “Frontex”in müşahidə təyyarəsinin Lampedusadan təxminən 16 dəniz mili (29,6 kilometr) uzaqlıqda miqrantları daşıyan qayığı aşkar etməsindən sonra başladığını bildirib.

Hadisə yerinə iki patrul kateri göndərilib və nəticədə 91 nəfər uğurla təhlükəsiz əraziyə çatdırılıb.

Müdaxilə əsnasında qayğın içərisində iki kişinin də cəsədinin tapıldığı bildirilən açıqlamada sağ qalanların hamısının Lampeduzaya aparıldığı və sağlamlıq yoxlamaları üçün müvafiq qurumlara təhvil verildiyi vurğulanıb.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən oktyabrın 17-dək ölkəyə dəniz yolu ilə 55 948 miqrant gəlib ki, bu da keçən ilin eyni dövründə qeydə alınan 55 010 nəfərdən bir qədər çoxdur.

İtaliya, Malta, Liviya və Tunis arasında uzanan Mərkəzi Aralıq dənizi marşrutu Avropaya doğru ən aktiv və təhlükəli miqrasiya dəhlizlərindən biri olaraq qalır. Həddindən artıq yüklənmiş qayıqlar, boğulma təhlükəsi və mühərrik tüstüləri fonunda miqrantların Avropa sahillərinə çatmaq üçün təhlükəli keçid cəhdləri nəticəsində hər il çoxlu sayda insan ölür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri