İtaliyada antik dövrə aid hamam aşkar edilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 yanvar, AZƏRTAC
İtaliyada 79-cu ildə vulkan püskürməsi nəticəsində məhv olmuş Pompey şəhərinin qalıqları arasında qədim hamam aşkar edilib.
AZƏRTAC xəbər verir ki, arxeoloqların üzə çıxardığı hamam isti, ilıq və soyuq (calidarium, tepidarium, frigidarium) su hovuzları olan otaqlardan ibarətdir. Bu otaqların hər biri eyni anda 30 nəfərin istirahət etməsinə və əylənməsinə imkan verib.
Arxeoloq qrupunun rəhbərinin məlumatına görə, hamam Pompeyin varlı sakinlərindən birinə məxsus olub.
Qazıntı zamanı bir gənc oğlanın və ovcunda qızıl sikkələr tutan qadının da skeletləri aşkar edilib.

Bu ölkədə antik dövrə aid hamam tapıldı
19 Yanvar 2025 05:45
İtaliyada zəlzələ olub AZƏRTAC
29 Noyabr 2024 09:58
İtaliyada avtomobil satışları azalır AZƏRTAC
03 Yanvar 2025 21:19
İtaliyada elektrik İntibah dövrünə aid əsərləri üzə çıxarıb AZƏRTAC
18 Noyabr 2024 06:23
İtaliyada səhiyyə işçiləri tətil edirlər AZƏRTAC
21 Noyabr 2024 05:26

