İtaliyada Avropa Aralıq dənizi jurnalistika mükafatları təqdim olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Roma, 8 may, AZƏRTAC
İtaliyanın paytaxtı Romada Birinci Beynəlxalq Avropa-Aralıq dənizi jurnalistika mükafatlarının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Aralıq dənizi Jurnalistlər Cəmiyyətinin, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Avropa Media Bölməsinin (AIPS Europe) və İtaliya İdman Mətbuatı Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə müxtəlif ölkələrin səfirləri, idman jurnalistikasının inkişafında xidmətləri olmuş şəxslər və müxtəlif media qurumlarının rəhbərləri iştirak ediblər.
Aralıq dənizi Jurnalistlər Cəmiyyətinin sədri, türkiyəli jurnalist Dündar Keşaplı Birinci Beynəlxalq Avropa-Aralıq dənizi jurnalistika mükafatları təşəbbüsünün formalaşması prosesindən danışıb.
Digər çıxış edənlər Avropa-Aralıq dənizi jurnalistika mükafatlarının təqdimetmə mərasimlərinin davamlı xarakter almasını arzulayıblar.
Daha sonra Aralıq dənizi regionundakı ölkələrdə medianın, xüsusilə də idman jurnalistikasının inkişafında xidmətlərinə və verdiyi töhfələrə görə müxtəlif media subyektlərinin nümayəndələrinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, Aralıq dənizi Jurnalistlər Cəmiyyəti region ölkələrindən diplomatları, jurnalistləri, yazıçıları və bloqqerləri ətrafında toplayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 May 2025 06:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















