İtaliyada azarkeşlər rəqib komandanın avtobusunu daşa basıblar: Sürücü həlak olub
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyada "Riyeti" basketbol komandasının azarkeşləri "Pistoya" ilə matçdan sonra rəqib komandanın fanatlarını daşıyan avtobusu daşa basıblar. Nəticədə avtobusun 65 yaşlı sürücüsü həlak olub.
Oxu.Az xəbər verir ki, bu informasiyanı "Sky" portalı yayıb.
Bildirilib ki, bir gün əvvəl "Pistoya" A2 Seriyasında "Riyeti"ni öz meydanında 88:73 hesabı ilə məğlubiyyətə uğradıb. "Pistoya" azarkeşləri geri dönərkən, "Riyeti" azarkeşləri onların avtobusunu daşa tutublar. Daşlardan biri qabaq şüşəni sındıraraq ikinci sürücüyə dəyib və onun traxeyasını zədələyib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.
İtaliyanın Baş naziri Corcia Meloni "X" sosial şəbəkəsindəki hesabında əminliklə yazıb ki, bu alçaqcasına hücumun təqsirkarları tezliklə müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəklər.
A2 Seriyası İtaliya basketbolunun ikinci ən güclü divizionudur. "Pistoya" cədvəldə beşinci, "Riyeti" isə altıncı yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















