İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Roma, 16 noyabr, AZƏRTAC
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bəzi bölgələrdə leysan nəticəsində daşqınlar olub. Genuyada sürüşmə və daşqın nəticəsində istinad divarı avtomobillərin üzərinə çöküb. Fegino çayının daşması küçələri, meydanları və yeraltı keçidləri su basmasına səbəb olub. Piani di Praqliya təpəsində isə 5 nəfərlik qrup itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Əlverişsiz hava şəraitinə Liquriya və Emiliya-Romanya regionlarında narıncı, dörd bölgədə isə sarı xəbərdarlıq elan edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Baxış sayı:76
Bu xəbər 16 Noyabr 2025 02:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















