İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliyada hökm sürən əlverişsiz hava şəraiti Toskana regionunda və Elba adasında fəsadlara səbəb olub. SİA xəbər verir ki, aramsız leysan yağış Livorno və Qrosseto əyalətlərində daşqına səbəb olub. Bəzi ərazilərə 110 millimetr yağıntı düşüb. Evləri su basıb, yollar və küçələr su altında qalıb. Torpaq sürüşmələri səbəbindən bəzi magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Fırtına və leysan yağış Elba adasında daşqına səbəb olub. Günün ikinci yarısından sonra adaya 56 millimetrdən çox yağıntı düşüb. Evlərini su basan və avtomobillərdə köməksiz qalan onlarla insan mülki müdafiə qüvvələri tərəfindən xilas edilib.
Baxış sayı:83
Bu xəbər 14 Fevral 2025 03:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















