İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma, 17 noyabr, AZƏRTAC
İtaliyanın Toskana regionunda hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, leysan nəticəsində bəzi bölgələrdə çaylar məcrasından çıxıb, genişmiqyaslı daşqınlar baş verib. Torre çayının daşması nəticəsində Qorizia əyalətində torpaq sürüşməsi olub. İki nəfərin itkin düşdüyü bildirilir.
Hazırda mülki müdafiə qüvvələrinin axtarış-xilasetmə əməliyyatları davam edir. Ərazi qırmızı zona elan edilib və torpaq sürüşmələrinin artacağı ehtimalı var. Bölgəyə 6 saat ərzində 152 millimetr yağıntı düşüb.
Əlverişsiz hava şəraitinə görə Toskana, Piedmont, Liquriya, Emiliya-Romanya və Kampaniya regionlarında sarı xəbərdarlıq elan edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Baxış sayı:67
Bu xəbər 17 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















