İtaliyada etirazçılar polislə toqquşub
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İtaliyanın bir neçə şəhərində hökumətin siyasətinə, yüksək yanacaq qiymətlərinə, inflyasiyaya və hərbi xərclərin artırılmasına qarşı etiraz aksiyaları keçirilib. Turin, Bolonya və Florensiyada nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, paytaxt Roma şəhərində ölkənin münaqişələrdə iştirakına qarşı yürüş təşkil olunub. Nümayişçilər yenidən silahlanmaya, hərbi büdcənin artırılmasına, NATO-nun və İsrailin fəaliyyətinə etiraz ediblər.
Maskalı gənclərdən ibarət kiçik bir qrup Kolizeyin ərazisinə daxil olsa da, qısa müddət sonra oradan uzaqlaşdırılıb. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, polis əsas meydanlarda kordonlar quraraq nümayişçiləri geri çəkilməyə məcbur edib.
“Il Sole 24 Ore” qəzetinin məlumatına görə, təhlükəli əşyalar daşıyan 43 gənc saxlanılıb. Termini dəmir yolu stansiyasının yaxınlığında polis kordonunu yarmağa çalışan etirazçılara qarşı su şırnaqlarından istifadə edilib.
Turində nümayişçilərin polisə şüşə atdığı, hüquq-mühafizə orqanlarının isə gözyaşardıcı qazla cavab verdiyi bildirilir. Milanda təxminən 10 min nəfərin qatıldığı aksiyada indiyədək ciddi insident qeydə alınmayıb. Florensiyada isə polis etirazçıların qurulmuş maneələri aşmasının qarşısını almağa çalışıb.
Ötən həftəsonu baş verən iğtişaşlardan sonra İtaliyada araşdırmalar və digər istintaq tədbirləri gücləndirilib. Medianın məlumatına görə, zorakılığa və etirazlara çağırışlar yayan “17 Oktyabr Hərəkatı”nın sosial şəbəkə kanallarından birinin administratoru və koordinatorlarından biri saxlanılıb.
Ümumilikdə, zorakı aksiyalarda iştirak etməkdə şübhəli bilinən 200 nəfər müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Oktyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















