İtaliyada faciəli ölüm: Kişi təyyarənin mühərrikinə düşdü
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın Milan-Berqamo Beynəlxalq Hava Limanı uçuş-enmə zolağında baş verən qəzaya görə müvəqqəti olaraq bağlanıb. Təyyarənin mühərrikinə düşən naməlum kişi faciəli şəkildə ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
İlkin məlumata görə, kişi baqaj qəbulu sahəsindəki qapılardan birini sındırıb. Bundan sonra o, uçuş-enmə zolağına çıxıb və havaya qalxmağa hazırlaşan təyyarənin yoluna düşüb. Nəticədə naməlum şəxs təyyarənin yüksək sürətlə fırlanan mühərrik pərlərinə ilişib və anında ölüb.
Kişinin uçuş-enmə zolağına niyə qaçdığı barədə məlumat verilmir. Bu hadisədən sonra təyyarə idarəetməni itirsə də, pilot vaxtında təyyarəni saxlaya bilib. Təyyarədə olanlardan heç kim xəsarət almayıb. Hava limanı təyyarələrin qəbulunu və buraxılışını müvəqqəti olaraq dayandırıb.


