Icma.az
close
up
RU
İtaliyada hökumət yeni təhlükəsizlik qanun layihəsini qəbul edib

İtaliyada hökumət yeni təhlükəsizlik qanun layihəsini qəbul edib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İtaliyada Giorgia Meloni rəhbərlik etdiyi sağ koalisiya hökuməti ölkədə təhlükəsizlik qüvvələrinə hücum edənlərə qarşı cəzaların artırılması və təhlükəsizlik qüvvələrinin hüquqlarının qorunmasını təmin edən yeni təhlükəsizlik qanun layihəsini qəbul edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, baş nazir Meloninin başçılığında dünən axşam nazirlər kabineti, təxminən 1,5 ildir parlamentin gündəmində müzakirə olunan təhlükəsizlik qanun layihəsini yeni bir qərarnamə ilə dəyişdirib və təsdiqlənib.

Təsdiqlənən layihə; təhlükəsizlik qüvvələrinə hücum edənlərə qarşı cəzaların artırılması, təhlükəsizlik qüvvələrinin hüquqlarının hüquqi şəkildə qorunması, qanunsuz və haqsız şəkildə işğal edilmiş əmlakların təcili olaraq boşaldılmasının asanlaşdırılması, yaşlılara qarşı edilən fırıldaqçılıq cinayətlərinə ağır cəzalar verilməsi, stansiya və metro dayanacaqlarında cibgirlik edənlərə qarşı cəzaların artırılması və hamiləliyi həbs cəzasından yayınmaq üçün bəhanə olaraq istifadə edilməsinin qarşısının alınması və təhlükəsizlik qüvvələrinin bədən kamerası istifadə etməsi kimi tədbirləri nəzərdə tutur.

Həmçinin, bu layihə dəmir yolu və metro kimi nəqliyyat sahələrində çalışanlara qarşı zorakılıq edənlərin ömür boyu bu cür ictimai xidmətlərdən qovulması və son illərdə iqlim fəallarının tez-tez həyata keçirdiyi; yol ortasında oturaraq nəqliyyat vasitələrinin keçidinə mane olmaq kimi hərəkətlərə 2 ilə qədər həbs cəzası verilməsi təklif olunur.

Nazirlər Kabineti tərəfindən qəbul edilən yeni təhlükəsizlik qərarnaməsindən sonra Baş nazir Meloni "X" sosial şəbəkə hesabından etdiyi paylaşımda: "Bugün Nazirlər Kabinetində yeni təhlükəsizlik qərarnameəsi təsdiq edildi. Təhlükəsizlik qüvvələri üçün daha çox avadanlıq və qoruma, qanunsuz olaraq işğal edilmiş əmlakların təxliyəsi üçün daha sürətli prosedurlar, cinayət törədənlərə qarşı daha sərt tədbirlər və vətəndaşların təhlükəsizliyini qorumaq üçün bir çox başqa tədbirlər olacaq. Daha təhlükəsiz bir İtaliya sözünü vermişdik və bu sözü tuturuq. Hökumət bu yolda qərarlılıqla çalışmağa davam edəcək", - deyə qeyd edib.

Ən böyük müxalifət partiyasının (PD) nümayəndəsi Francesco Boccia, yeni təhlükəsizlik qanun layihəsi ilə "cəzalandırıcı popülist siyasətlə qarşı-qarşıya" olduqlarını bildirib.

Layihənin qanun olaraq qüvvəyə minməsi üçün parlamentin həm aşağı, həm də yuxarı qanadında qəbul edilməsi lazımdır.

Paytaxtda etiraz aksiyarı zamanı nümayişçilər və polis qarşı-qarşıya gəlib. Nazirlər Kabineti iclası davam edərkən, təhlükəsizlik qərarnameəsini etiraz etmək istəyən bir qrup nümayişçi baş nazirliyin yaxınlığındakı Pantheonda toplanıb.

Yeni qərarnameyə etiraz edən nümayişçilər, Pantheondan baş nazirliyə doğru yürümək istədikdə, təhlükəsizlik qüvvələri barikadalar quraraq buna mane oldular.

Nümayişçilər yürüş etməkdə israr edərkən, polis onlara müdaxilə edib. Kütləvi münaqişələrdə, nümayişçilərin atdığı şüşələr nəticəsində 2 polisin yaralandığı bildirildi.

Verilən məlumata görə, nümayişlər paytaxtın müxtəlif küçələrində davam etdirilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri