Icma.az
close
up
RU
İtaliyada mafiyanın sonunu gətirən hadisə TARİX

İtaliyada mafiyanın sonunu gətirən hadisə TARİX

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

XX əsrin 80-ci illərində İtaliyada, xüsusən Siciliyada mafiya ən qüdrətli çağını yaşayırdı. Ölkədə hər gün qətllər baş verir, cəmiyyət qorxu içində yaşayırdı. Hüquq-mühafizə orqanlarının gücsüz qaldığı, siyasətçilərin bəzilərinin mafiya ilə əlaqədə olduğu bir zamanda 2 prokurorluq əməkdaşı - Covanni Falkone və Paolo Borsellino mafiyaya müharibə elan etdi.

Lent.az öz mübarizələri və faciəli ölümləri ilə İtaliyada mafiyanın sonunun başlanğıcını qoyan hadisə barədə yazını təqdim edir. 

Covanni Falkone və Paolo Borsellino 1980-1990-cı illərdə Siciliya mafiyası “Koza Nostra” ilə qətiyyətli mübarizəyə başladılar. Onların taleyi 20-ci əsrin sonlarında mafiyaya qarşı mübarizədə ən əsas epizod oldu. Paolo Borsellino bilirdi ki, mafiya onu hədəfə alıb və onun qətli an məsələsidir. Borsellinonun ölümü tarixə "Via D'Amelioda qırğın" (La strage di via D'Amelio) kimi düşdü. 1992-ci il iyulun 19-da prokuror həyat yoldaşı və uşaqları ilə nahar etdikdən sonra anasının yanına getdi. O, saat 16:58-də görüşə gedərkən yol kənarında dayanmış avtomobildə baş verən partlayış nəticəsində həlak olur.

Borsellinonun özü ilə yanaşı, hadisdə zamanı 5 polis əməkdaşı da həlak olur. Onlardan biri, Emanuela Loi İtaliyada xidməti vəzifələrini yerinə yetirərkən həlak olan ilk qadın polis kimi tarixə düşür. Daha sonra onun haqqında "Borsellinonun mələkləri" filmi çəkildi. Falkone və Borsellinonun ölümü İtaliya cəmiyyətində mafiyaya qarşı əsl nifrət partlayışına səbəb oldu. 23 iyul 1994-cü ildə ölən polis məmurlarının dəfn mərasimində qəzəbli izdiham İtaliya prezidenti Oskar Luici Skalfaronu geri itələyərək "Mafiya şəhərdən getsin!", deyə şüarlar səsləndirir. İctimai qınaq hakimiyyəti mafiyanın fəaliyyətinə daha sərt reaksiya verməyə məcbur etdi. “Kosa Nostra”nın rəhbəri Salvatore Riina Falkone və Borsellinonun qətlini təşkil etdiyinə görə həbs edilir və həyatının qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirir. “Koza Nostra” lideri 2017-ci ildə həbsxanada 87 yaşında ölür. Covanni Falkone və Paolo Borsellinonun o dövrdə İtaliyadakı fəaliyyəti əsl şücaət sayıla bilər.

Onların sayəsində o vaxta qədər ümumilikdə Siciliyada və xüsusən Palermo şəhərində sözün əsl mənasında "ikinci güc" olmuş bir neçə yüz mafioz dəmir barmaqlıqlar arxasına salındı. Bu iki cəsur insanın ölümü İtaliyada mafiyaya qarşı mübarizədə köklü dəyişikliklərin katalizatoru oldu. Bir neçə ildən sonra mafiyaya himayədarlıq edən Xristian-Demokrat Partiyası öz fəaliyyətini dayandırdı. Falkone və Borsellino bu gün İtaliyada tez-tez xatırlanır, hətta Palermo şəhərinin hava limanına onların adları verilib. 

Bugün İtaliya mafiyası əvvəlki qüdtərinin kölgəsində yaşayır və bu uğur 2 cəsur şəxsin katalizatoru olduğu hadisələr sayəsində yaşanıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Aprel 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri