İtaliyada məşhur qanqster yatağındaca saxlanılıb
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
İtaliyada ən təhlükəli qanqsterlərindən biri hesab olunan 39 yaşlı Leonardo Cezualdo gecə reydi zamanı yatağında yatarkən həbs edilib.
BAKU.WS xəbər verir ki, o, ölkənin məşhur "Foggia mafiyası"nın yüksək rütbəli üzvü kimi tanınırdı. İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, karabinlilər onun evinə daxil olaraq Cezualdonu yatdığı yerdə yaxalayıblar. Evdən nömrələri silinmiş dolu tapança da tapılıb.
Cezualdo 2020-ci ildə məhkəmədən yayınaraq gizləndiyi üçün mafiyaya aid cinayətlərə görə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
İtaliyanın Baş naziri Corcia Meloni hadisəni hüquq-mühafizə orqanlarının mafiyaya qarşı mübarizədə böyük uğuru kimi qiymətləndirib.

Məşhur ingilis futbolçu İtaliyada
27 Dekabr 2024 21:09
Məşhur futbolçunun oğlu İtaliyada klubunu dəyişdi
23 İyun 2025 14:50
İtaliyada etiraz:
27 May 2025 15:05
İtaliyada qalacaq
23 Yanvar 2025 20:39
İtaliyada Siciliya mafiyasına qarşı əməliyyatda 181 nəfər saxlanılıb
11 Fevral 2025 20:40

