İtaliyada milyonlarla avroluq rəsm əsərləri oğurlandı
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
İtaliyanın Parma şəhəri yaxınlığındakı Manyani-Rokka Fondunun muzeyindən Renuar, Sezanna və Matissenin rəsmləri də daxil olmaqla üç sənət əsəri oğurlanıb.
Hurriyyet.az İtaliya mətbuatına istinadən xəbər verir ki, oğurluq hadisəsi martın 22-dən 23-ə keçən gecə baş verib.
Cinayətkarlar Luigi Manyaninin şəxsi kolleksiyasının yerləşdiyi Manyani villasının giriş qapısını sındırıblar. Pyer-Ogüst Renuarın "Balıqlar", Pol Sezannanın "Albalılı natürmort" və Anri Matissenin "Terrasdakı xanım" akvarel rəsmləri oğurlanıb. Bu əsərlərin dəyəri milyonlarla avro ilə qiymətləndirilir.
Manyani-Rokka Fondu İtaliyanın ən vacib sənət kolleksiyalarından birini saxlayır və bu kolleksiyaya Tisian, Dürer, Rubens, Qoya, Kanova, Mone və digər rəsm ustalarının əsərləri daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Mart 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















