İtaliyada müdafiə nazirinin səsindən istifadə olunaraq dələduzluq edilib
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcı iş adamlarını hədəf alan dələduzluq edilib.
AZƏRTAC xəbər verir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar. Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adından istifadə olunaraq İranda və Suriya saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı bildirilib.
Fırıldaqçıların hədəf aldıqları iş adamları arasında məşhur moda brendi “Armani”nin sahibi Giorgio Armani, moda nəhəngi “Prada”nın baş icraçı direktoru Patrizio Bertelli, “İnter” futbol klubunun sabiq prezidenti Massimo Morattinin və digər biznesmenlərin olduğu bildirilib. Massimo Moratti fırıldaqçılara indiyədək ümumilikdə təxminən 1 milyon avro göndərdiyini deyib.
Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib və sosial media hesablarında onun adından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıq yayıb. Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















