İtaliyada müharibə əleyhinə No Kings aksiyasına dəstək verilib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İtaliyada bir sıra ictimai və siyasi təşkilatlar müharibə əleyhinə "No Kings" ("Krallara yox") aksiyasına qoşulub.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə ANSI agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ən kütləvi nümayiş Romada baş tutub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, İtaliya paytaxtının mərkəzindəki yürüşdə 25 minə yaxın insan iştirak edib.
Aksiya iştirakçıları avtoritarizm, müharibələr, yenidən silahlanma, repressiya və soyqırımı əleyhinə şüarlar səsləndiriblər.
İtaliyadakı aksiyanı "Yaşıllar və Solçular Alyansı" partiyası, eləcə də İtaliya Ümumi Əmək Konfederasiyasının lideri Mauritsio Landini dəstəkləyib. Təşkilatçıların məlumatına görə, yürüşdə təxminən 700 birliyin, o cümlədən ifrat solçu hərəkatların və müxtəlif ictimai qrupların nümayəndələri iştirak ediblər.
Mümkün təxribat riski ilə əlaqədar hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:225
Bu xəbər 29 Mart 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















