Icma.az
close
up
RU
İtaliyada onlayn fırıldaqçılıq halları artır AZƏRTAC

İtaliyada onlayn fırıldaqçılıq halları artır AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Roma, 4 yanvar, AZƏRTAC

İtaliyada 2024-cü ildə onlayn fırıldaqçılıq hallarının sayı və oğurlanmış vəsaitlərin dəyəri kəskin artıb.

AZƏRTAC xəbər verir ki, il ərzində ümumilikdə 18 min 714 onlayn fırıldaqçılıq hadisəsi araşdırılıb. Bu da 2023-cü ildəki 16 min 325 araşdırma ilə müqayisədə 15 faiz artım deməkdir. Aparılan araşdırmalara görə, onlayn fırıldaqçılıq halları nəticəsində oğurlanmış vəsaitlərin dəyəri 32 faiz artaraq 137 milyon avrodan 181 milyon avroya çatıb.

Kiberterrorizm və onlayn təxribat fəaliyyətləri ilə mübarizə nəticəsində bloklanmış veb məzmunların sayı isə əvvəlki illə müqayisədə 11 faiz azalaraq 2364-ə bərabər olub. İl ərzində monitorinq edilən veb məzmunların sayı 63 faiz artımla 290 minə çatıb.

Bundan başqa, uşaqların cinsi istismarı və uşaq pornoqrafiyası materialı yayan internet saytlarının monitorinqi zamanı ümumilikdə 42 mindən çox veb-sayt izlənilib və onlardan 2775-si “qara siyahıya” salınıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Yanvar 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri