İtaliyada oyun zamanı futbolçu güllələndi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İtaliyanın Neapol şəhərində 21 yaşlı həvəskar futbolçu Lorenso Spasiano minifutbol oyunu zamanı baş verən qayda pozuntusu ilə bağlı qızğın mübahisədən sonra güllələnərək öldürülüb.
Moderator.az bildirir ki, bu barədə Britaniyanın "Need To Know" portalı xəbər yayıb.
Lorenso Spasiano dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
İstintaqın məlumatına əsasən, qətl mart ayının sonunda yerli futbol meydançasında baş vermiş insidentdən sonra yaranan uzunmüddətli düşmənçiliyin nəticəsi olub. Boksla da məşğul olan Spasiano oyun zamanı özündən daha gənc rəqibi ilə qayda pozuntusu səbəbindən mübahisə edib. Şifahi mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib və vəziyyəti sakitləşdirmək üçün digər oyunçuların dostları müdaxilə etməli olublar.
Hadisədən sonra tərəflər arasında gərginlik aylarla davam edib, münaqişə küçə davalarına qədər uzanıb. Bəzi məlumatlara görə, Spasiano həmin qarşıdurmalarda üstün tərəf olub.
Qətldə şübhəli bilinən şəxs eyni bölgədə yaşayan 16 yaşlı yeniyetmədir. Məlumata görə, onun Neapolun məşhur Lo Russo klanı ilə ailə əlaqələri mövcuddur. Mənbələr bildirirlər ki, yeniyetmə Spasianonu mesencer vasitəsilə dəfələrlə təhdid edib. Lakin həmin təhdidlərin polis tərəfindən rəsmi qaydada qeydə alınmadığı qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 24 İyun 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















