Icma.az
close
up
RU
İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək

İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək

Icma.az, Avtosfer saytına istinadən bildirir.

İtaliyada "Roma – Neapol” yüksək sürətli dəmir yolu xəttində ölkədə ilk dəfə olaraq zəlzələlər haqqında erkən xəbərdarlıq sistemi (EWS) quraşdırılıb. Bu sistem xüsusi sensorlar vasitəsilə zəlzələləri aşkar edir və qatarları avtomatik olaraq dayandırır. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Euronews Travel”in yazdığına görə, bu layihə çərçivəsində İtaliya dəmir yolları Yaponiyanın uzunillik zəlzələ idarəetmə təcrübəsindən bəhrələnib.

Sistem necə işləyir?

Yeni erkən xəbərdarlıq sistemi bir neçə inteqrasiya olunmuş texnologiyanın sinxron işi əsasında qurulub və zəlzələ zamanı operativ reaksiya imkanı yaradır. Xətt boyunca yerləşdirilmiş akselerometrik stansiyalar xüsusi sensorlarla ilk seysmik dalğaları (P-dalğaları) aşkar edir. Bu məlumatlar real vaxtda yüksək sürətli optik-lif şəbəkəsi vasitəsilə mərkəzə ötürülür.
Sensorlar həm səthdə, həm də dərin quyularda yerləşdirilib ki, əhatə dairəsi maksimum olsun və reaksiya müddəti azalsın. Ardınca müasir proqram təminatı daxil olan məlumatı dərhal analiz edir, təhlükənin səviyyəsini qiymətləndirir və təhlükəsizlik tədbirlərinin görülməli olduğu sahəni müəyyənləşdirir. Əgər təhlükə həddi aşılırsa, sistem avtomatik olaraq dəmir yolunun siqnal avadanlığına təsir edərək qatarları yavaşladır və ya tam dayandırır. Zəlzələ bitdikdən sonra RFI (İtaliyanın dəmir yolu infrastruktur operatoru) əməkdaşları xüsusi idarəetmə paneli vasitəsilə vəziyyəti yoxlayır və hərəkəti yalnız tam təhlükəsizlik təmin olunduqdan sonra bərpa edirlər.

Sistem artıq sınaqdan keçib

RailTech operatorunun məlumatına görə, bu sistem 3 may 2025-ci ildə istifadəyə verilib və artıq iki həftə ərzində maqnitudası 4,4 olan zəlzələ ilə sınaqdan keçirilib. Təhlükəsizlik məqsədilə "Roma – Neapol” xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Gələcəkdə bu texnologiyanın digər yüksək sürətli və adi dəmir yolu xətlərində, o cümlədən Avropa Dəmir Yolu Hərəkətinin İdarəetmə Sistemi (ERTMS) ilə təchiz olunmuş sahələrdə də tətbiq edilməsi planlaşdırılır.

İtaliya zəlzələ və vulkan riski daşıyan regiondur

Xatırladaq ki, İtaliya seysmik cəhətdən fəal zonada yerləşir. Ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir. Xüsusilə Neapol ətrafı bölgələr risk altındadır – burada yerləşən Vezuvi vulkanının 79-cu ildəki püskürməsi nəticəsində Pompeylər şəhəri tamamilə məhv olub. Bundan əlavə, Siciliya adasında yerləşən Etna vulkanının fəaliyyəti də mütəmadi olaraq narahatlıq yaradır. Son iri püskürmə 2025-ci ilin iyun ayının əvvəlində baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri