İtaliyada referendum keçirilir
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün İtaliyada vətəndaşlıq və əmək hüquqları ilə bağlı referendum keçirilir.
Modern.az-ın xəbərinə görə, iki gün davam edəcək referendum valideynləri əcnəbi olanlara vətəndaşlığın verilməsinin asanlaşdırılması və əmək hüquqlarının daha etibarlı qorunması ilə bağlıdır.
Lakin seçicilərin 50 faizindən çoxu səs verməzsə, aparıcı həmkarlar ittifaqları və müxalifət partiyalarının təşəbbüskarı olduğu referendum baş tutmamış sayılacaq.
Hazırda İtaliyada 10 il yaşayan və işləyərək vergi ödəyən əcnəbilərə vətəndaşlıq verilir. Referendumda dəyişiklik qəbul edilərsə, bu müddət 5 ilə endiriləcək.
Referendum baş tutacağı halda bu dəyişikliklər 2,5 milyon əcnəbiyə şamil olunacaq və onlar vətəndaşlıq alacaqlar.
Bundan əlavə, dəyişiklik vətəndaşlara seçki hüququ, dövlət xidmətlərində iştirak və Avropa İttifaqı çərçivəsində sərbəst hərəkət kimi mülki və siyasi hüquqlara daha tez çıxış imkanlarını təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 İyun 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















