Icma.az
close
up
RU
İtaliyada sahilə çıxan ölü siçovullar turistləri çimərlikdən qaçırdı

İtaliyada sahilə çıxan ölü siçovullar turistləri çimərlikdən qaçırdı

Icma.az, Azpost saytına istinadən bildirir.

İtaliyanın məşhur Amalfı sahillərində xoşagəlməz hadisə baş verib. AzPost xəbər verir ki, güclü fırtınalardan sonra dəniz sahilə onlarla ölü siçovul çıxarıb. Bu mənzərə turistlərin və yerli sakinlərin narazılığına səbəb olub, insanlar təhlükədən yayınmaq üçün təcili olaraq çimərlikləri tərk ediblər.

Hadisə ən çox Salyerno bölgəsindəki Torryone çimərliyində müşahidə olunub. Sosial şəbəkələrdə yayılan videolarda dalğaların siçovul cəsədlərini quma çıxardığı əks olunub. Bir neçə gün əvvəl Mərkattello çimərliyində də oxşar vəziyyət qeydə alınmışdı.

İtaliya parlamentinin üzvü Françesko Emilio Borrelli məsələ ilə bağlı açıqlama verərək, yerli səhiyyə orqanlarını təcili araşdırma aparmağa və sahilləri təmizləməyə çağırıb. Onun sözlərinə görə, bu, yalnız şəhər mədəniyyəti məsələsi deyil, həm də ictimai sağlamlıq üçün ciddi təhlükədir.

Regional müşavir Aurelino Tommazetti də hadisəyə münasibət bildirib. O, siçovul cəsədlərinin fırtınadan sonra küçə sularının dənizə axıdılması ilə sahilə düşdüyünü vurğulayıb. Tommazetti həmçinin qeyd edib ki, vaxtında tədbirlər görülmədiyinə görə vəziyyət böhran həddinə çatıb.

Turistlər və yerli sakinlər narahatdır ki, sahillərdə çimərlik mövsümü təhlükə altında qala bilər. Xüsusilə Torryone çimərliyi illər boyu təmiz suyu və şəffaflığı ilə məşhur olub, hətta Maldiv adaları ilə müqayisə edilirdi.

Xatırladaq ki, bundan əvvəl də Avropanın digər turizm bölgələrində oxşar hallar yaşanmışdı. İspaniyanın Kosta-Blanka sahillərində zəhərli “mavi əjdahalar” — təhlükəli dəniz şırnaqları səbəbindən çimərliklər bağlanmışdı.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Avqust 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri